Donnarumma İtaliyaya qayıda bilər
PSJ-nin qapıçısı Canluici Donnarumma İtaliya A Seriyasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiperin Paris klubu ilə müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq və tərəflər hələ ki, yeni sözləşmə ilə bağlı razılığa gəlməyiblər.
“İnter” vəziyyəti izləyir və Donnarumma müqaviləsini yeniləməsə, cari mövsümün sonunda danışıqlara başlaya bilər. 25 yaşlı qolkiper isə hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.
Donnarumma 2021-ci ilin yayında azad agent kimi “Milan”dan PSJ-yə keçib. O, bu mövsüm Luis Enrikenin komandasında bütün turnirlərdə 17 oyuna çıxıb, 15 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin