Potter keçmiş klubunun futbolçusuna göz dikib
“Vest Hem”in yeni baş məşqçisi Qrem Potter keçmiş klubu olan “Çelsi”nin yarımmüdafiəçisi Kernan Dyusberi Holla göz dikib.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu London klubunun yeni çalışdırıcısı üçün prioritet transfer hədəfidir.
“Çelsi” Kernanı icarəyə verməyə hazırdır, çünki o, start heyətində yerini təmin edə bilməyib.
İngiltərəli oyunçu 2024-cü ilin iyulunda “Lester”dən “Çelsi”yə keçib. O, bu müddət ərzində bütün turnirlərdə 15 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun London klubu ilə hazırkı müqaviləsi 2028/29 mövsümünün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin