“Maquayr 80 milyon avro dəyərindədirsə…” – “Napoli”nin prezidenti
İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis transferlərlə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, İngiltərədə müdafiəçilər üçün yüksək təzminat məbləği ödənilməsinə toxunaraq, “Napoli”nin müdafiəçisi Xalidu Kulibali haqqında danışıb:
“Futbolçuların transfer qiymətləri İngiltərəyə görə artdı, çünki orda çox pul var. Ordakı hansısa klub bir futbolçu üçün 100 milyon avro xərcləyərkən çətinlik çəkmir.
Kulibalinin 150 milyon avro təzminat qiyməti var. Amma Harri Maquayr 80 milyon avro dəyərindədirsə, onda Kulibalinin qiyməti 250 milyon avro edər”.
Maquayr “Lester”dən “Mançester Yunayted”ə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin