“Leççe” fransalı futbolçunu əsas komandadan qovub

“Leççe” klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu müdafiəçi Endi Pelmarın əsas komandadan uzaqlaşdırıldığını açıqlayıb.

“Leççe” öz bəyanatında Pelmarın davranışını kəskin şəkildə pisləyib, çünki bu, klubun daxili qaydalarına uyğun gəlmir. Həmçinin, klub Pelmarla bağlı əlavə tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.

Məlum olduğu kimi, 24 yaşlı fransalı futbolçu əvvəllər də sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılıb.

“Leççe” hazırda İtaliya çempionatının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button