“Barselona”da De Yonq böhranı
Frenki de Yonqun “Barselona”da hazırkı vəziyyəti yaxşı deyil. Onun imicinə müqavilə ilə bağlı yaranmış məsələlər mənfi təsir edib, həmçinin davamlı zədə problemləri onun komanda üçün əhəmiyyətinə də təsir göstərib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, De Yonq “Barselona”da “kimlik böhranı” yaşayır. 27 yaşlı yarımmüdafiəçi meydana çıxdıqda kapitan sarğasını taxsa da, əvvəlki təsirini itirib və artıq komandanın əsas oyunçusu sayılmır.
Yaxın zamanda mətbuatda baş məşqçi Hans-Diter Flikin, bütün çətinliklərə və tezliklə satış olacağı barədə çoxsaylı şayiələrə baxmayaraq, Frenki de Yonqu komandada saxlamağı planlaşdırdığı barədə məlumatlar yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin