“Milan”ın baş məşqçisi portuqaliyalı futbolçudan razı deyil

“Milan”ın baş məşqçisi Paulo Fonseka portuqaliyalı hücumçu Rafael Leao haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Leaodan tam razı olmadığını bildirib:

“Düşünürəm ki, Leaonun böyüməsi üçün hələ vaxt var. Bəli, son matçlarda, o cümlədən müdafiədə yaxşı çıxış etdi, amma mən tam razı deyiləm. Düşünürəm ki, onun daha çox görəcəyi şeylər var, əsas Leaonun özünün istəyidir. O, 5 qol vurub, amma 20 qol vura biləcəyini düşünməlidir. Potensialın varsa, deməli, özünə qarşı tələbkar olmalısan. Heç vaxt dayana bilməzsən, daha çox şeyə nail olmaq üçün iddialı olmalısan. O, doğru yoldadır, biz davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button