Fransa mətbuatı: “Lion” Benziadan ehtiyatlanmalıdır”
Fransa mətbuatı Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun Bakıda keçiriləcək “Qarabağ” – “Lion” oyunu haqda yazıb.
Komanda.az xəbər verir ki, “Olympique&Lyonnais” portalı vaxtı ilə “Lion”da oynamış, hazırda isə “Qarabağ”ın oyunçusu olan Yassin Benzia barədə bunları qeyd edib:
“2023-cü ilin yayında Azərbaycana köçən Benzia təbii ki, yolunun yenidən “Lion”la kəsişəcəyini təsəvvür etməzdi. Baxmayaraq ki, Avropa yarışında bu qarşıdurma ehtimalı həqiqətən də var idi. Nə olursa-olsun, əlcəzairli yarımmüdafiəçi bu gün axşam bəzi keçmiş komanda yoldaşları ilə qarşılaşacaq. Halbuki Benzia klubdan ayrıldıqdan sonra onların sayı da çox deyil. Benzia “Lion”da gözlənilən karyeraya sahib ola bilmədi və cəmi 54 oyun keçirdi.
“Dijon”dakı sərgüzəştlərini bitirdikdən sonra Benzia bir az şərqə doğru getməzdən əvvəl əvvəlcə Türkiyənin “Hatayspor” klubunu seçmişdi. Əlcəzairli növbəti iki mövsümdə “Qarabağ”da ulduzlardan birinə çevrilərək, milliyə qayıtdı. “Lion”da millidən də komanda yoldaşı Said Benrahma var, birlikdə artıq Afrika Millətlər Kubokunda uğurla mübarizə aparıblar. Nə olursa-olsun, Benzia oyunda rəqibin “zəhərli” futbolçularından birinə çevriləcək. “Lion” ehtiyatlanmalıdır”.
“Qarabağ” – “Lion” matçı bu gün keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.
Bizi Facebook-da izləyin