London “Arsenal”ından “Partizan”a
Serbiyanın “Partizan” klubu London “Arsenal”ının hücumçusu ilə güclənib.
Komanda.az xəbər verir ki, İngiltərə klubunun yaponiyalı futbolçusu Asano Takuma Belqrad təmsilçisinə transfer olunub.
Bu barədə “Partizan”ın rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Asano yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Yaponiya yığmasının da şərəfini qoruyan Takuma, “Arsenal”a 2016-cı ildə cəlb olunub. O, elə həmin ildən Almaniyanın “Ştutqart” klubuna icarəyə verilib. Son mövsümdə isə yaponiyalı forvard “Hannover”də icarədə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin