“Çox şadam ki, Qvardiola “Mançester Siti”də işləməyə davam edəcək”
“Mançester Siti”nin sədri Haldon Əl Mübarək komandanın baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə barədə danışıb.
Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəsmisi Qvardiolanın klubda işləməyə davam edəcəyinə şad olduğunu bildirib:
“Mən çox şadam ki, Qvardiola klubda işləməyə davam edəcək. Yeni müqavilənin imzalanması Pepə “Mançester Siti”də 10 ildən artıq işləməyə imkan verəcək və ona məşqçilik rekordları vurmağa davam etmək şəraiti yaradacaq”.
Qvardiola ilə yeni müqavilə 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Əvvəlki müqavilə bu mövsümün sonuna kimi idi.
İspaniyalı çalışdırıcı 2016-cı ildən “Mançester Siti”yə başçılıq edir. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub.
“Şəhərlilər” cari Premyer Liqada 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin