“Mən Virtsə təzyiq göstərmək istəmirəm”

Almaniya millisinin və “Bayern”in vingeri Camal Musiala “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin potensial transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Virtsin hər şeyə özünün qərar verəcəyini bildirib:

“Mən ona təzyiq göstərmək və ya bununla bağlı hansısa şərh vermək istəmirəm. Bu, onun qərarı olmalıdır. Virts hər şeyə özü qərar verəcək”.

21 yaşlı yarımmüdafiəçinin “Bayer”lə 2027-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, Bundesliqanın cari mövsümündə keçirdiyi 10 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button