“Razılığa gələ bilmədik” – “Atletiko”dan ayrılan futbolçu
“Atletiko”nun sabiq müdafiəçisi Mario Hermoso Madrid klubunun düşərgəsini tərk etməsinə münasibət bildirib.
Komanda.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunun asan qərar olmadığını deyib:
“Mənim “Atletiko”dan gedişim? Bunu izah etmək asandır. Razılığa gələ bilmədik, ona görə də yollarımızı ayırdıq. Bu, asan qərar deyildi, çünki mən çox uzun müddət Madriddə oynamışam”.
Hermoso 2019-cu ildən “Atletiko”nun rənglərini qoruyurdu. O, bu il sentyabrın əvvəlində “Roma”ya keçib. Tərəflər üç illik müqaviləyə razılaşıb. 29 yaşlı müdafiəçinin transfer dəyəri 18 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin