Əsgərov qol vursa da, komandası uduzdu

Futbol üzrə Latviya çempionatında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Valmiera” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

Komandasının yeganə qolunu da Vüqar vurub. Millimizin sabiq forvardı 59-cu dəqiqədə hesab arasındakı fərqi minimuma endirməklə “Liepaya”da qol hesabını açıb. Cari mövsümdə vurduğu qolların sayını 8-ə (digər 7 qolu “Dauqavpils”in heyətində vurub) çatdıran futbolçumuz bombardirlərin yarışında zirvəyə şərikdi.

“Liepaya” hazırda 28 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button