Azərbaycan millisinin keçmiş baş məşqçisi Ukrayna klubunda
Azərbaycanın U-21 millisinin keçmiş baş məşqçisi Samir Ələkbərovdan uzun müddət idi ki, xəbər yox idi.
Komanda.az xəbər verir ki, Ələkbərov bir müddətdir Ukrayna Premyer Liqası təmsilçisi “Lvov” klubunda çalışır. O, klubun baş məşqçisi Boqdan Blavatskinin fiziki hazırlıq üzrə köməkçisi vəzifəsindədir. 50 yaşlı mütəxəssis artıq 2 aydır “Lvov”da çalışır.
Samir Ələkbərov bir müddət 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini çalışdırıb. O, “Neftçi”, “Xəzər Lənkəran” və “Sumqayıt” kimi klublarda isə köməkçi-məşqçi vəzifəsində olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin