Neymar 2 həftə oynamayacaq
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar meydana qayıtdıqdan sonra yeni zədə alıb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Jorje Jesus braziliyalı hücumçunun zədələnməsinə münasibət bildirib:
“Neymar iki həftəyə yaxın olmayacaq. Dizi sağaldı, amma yenə də ötən oyunda olduğu kimi problemləri olacaq. Əzələ problemləri var, çünki o, uzun müddətdir meydanda deyildi”.
Neymar dizindəki çarpaz bağın yırtılması səbəbindən bir ildən çox oynamayıb. 32 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin