“Mançester Yunayted”də son 51 ilin ən pis göstəricisi

Son tur “Mançester Yunayted” üçün antirekordların daha bir hissəsini gətirib. “Qırmızı şeytanlar” Premyer Liqa xalları baxımından uzun müddətdir ki, ən pis mövsümünü yaşayır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, vurulan qollara görə vəziyyət daha da pisdir: “Mançester Yunayted” 10 turdan sonra cəmi 9 qol vurub ki, bu da komandanın son 51 ildə ən aşağı göstəricisidir.

“Qırmızı şeytanlar” 1973/74 mövsümündə çempionatın ilk 10 matçında rəqib qapılarına cəmi 9 dəfə yol tapa bilmişdi.

Erik ten Haqın qoyulmasından sonra “Mançester Yunayted” müvəqqəti çalışdırıcı Rud van Nistelroyun rəhbərliyi altında Premyer Liqanın ilk oyununda evdə “Çelsi” ilə heç-heçə edib (1:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button