De Yonqun “Barselona”dakı taleyi şübhə altındadır
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq çətin vəziyyətdə qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun digər yarımmüdafiəçiləri Pedri və Mark Kasado indi toxunulmazdır və komandada heyrətamiz performans nümayiş etdirir. Buna görə də, De Yonq üçün əsas heyətdəki yerini bərpa etmək çətin olacaq. Niderlandlı futbolçunun hazırda “Barselona”nın ən çox maaş alan oyunçusu olduğunu söyləmək olar ki, buna görə də, klub artıq bir neçə dəfə onu satmağa cəhd edib.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin