Xanımı foto paylaşdı, Xavinin yeni klubuna işarə verdi
“Barselona”nın keçmiş baş məşqçisi Xavi hazırda niderlandlı çalışdırıcı Erik ten Haqın rəhbərlik etdiyi “Mançester Yunayted”in maraq dairəsindədir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçməyə əsas namizədlərdən biri hesab olunur.
Xavinin həyat yoldaşı oğlunun “Mançester Yunayted” forması ilə çəkilmiş şəklini sosial şəbəkədə yerləşdirib. Ola bilsin ki, bu, onun tezliklə İngiltərə klubuna təyinatına işarədir.
Xavinin son iş yeri “Barselona” olub. Komanda onun rəhbərliyi altında İspaniya çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin