İtaliya klubundan baş məşqçisi ilə yeni müqavilə
“Parma” klubu baş məşqçisi Fabio Peçkia ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında yeni müqavilə 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, 2022-ci ilin yayından “Parma”ya rəhbərlik edir.
“Parma” İtaliya çempionatının 8 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Peçkianın komandası A Seriyasının növbəti matçında – oktyabrın 27-də doğma stadionda “Empoli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin