“Şübhəsiz ki, “Liverpul” indi çempionluğa iddialıdır” – Sabiq futbolçu

“Mançester Siti”nin sabiq futbolçusu Mika Riçards “Liverpul”un bu mövsüm İngiltərə Premyer Liqasının çempionu olmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un cari mövsümdə çempionluğa iddialı olduğunu bildirib:

“Şübhəsiz ki, “Liverpul” indi çempionluğa iddialıdır. Bu mövsüm onların əvvəldən sona qədər bütün yolu uğurlu keçmək üçün yaxşı şansları var”.

“Liverpul” İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində evdə “Çelsi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Arne Slotun komandası 8 turun nəticələrinə əsasən, 21 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button