Bundesliqanın rəsmi səhifəsi Mahirin fotosunu paylaşıb

Almaniya Bundesliqasının rəsmi səhifəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu paylaşıb.

Komanda.az xəbər verir ki, Avropanın “Top 5” çempionatlarından biri olan turnirin rəsmi “instaqram” hesabı 2-ci Bundesliqanın 9-cu turunda baş tutan “Qroyter Fyurt” – “Nürnberq” matçına yer verib.

Paylaşımda “derbi günündə səfərdə 4:0 hesablı qələbə” yazılıb.

Mahir sözügedən oyunda komandasının ilk qoluna imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button