İngiltərə klubu De Yonqu gözləyir

Frenki de Yonq gələn yay “Barselona”nı tərk edə bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubu niderlandlı yarımmüdafiəçinin gedişinə mane olmasa, o zaman onu transfer etmək üçün favorit “Mançester Yunayted” olacaq.

Daha əvvəl yayılan şayiələr dəfələrlə De Yonqun adını “qırmızı şeytanlar”a keçidlə əlaqələndirmişdi. “Transfermarkt” portalı ona 60 milyon avro qiymət qoyub.

27 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Kataloniyalılar yüksək maaşına görə onunla ayrılmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button