Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığmasını qəbul edəcək.

Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunun oyunu saat 20:00-da başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edəcək.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Azərbaycan yığması isə hələ ki, xal qazana bilməyib.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup, 4-cü tur

14 oktyabr

20:00. Azərbaycan – Slovakiya
Baş hakim: Roxit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button