Daha dörd komanda kubokda növbəti mərhələyə adladı

Futbol üzrə Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində bu gün daha dörd oyun baş tutub.

Komanda.az xəbər verir ki, “Şimal” komandası doğma meydanda “Qusar”ı 4:1 hesabı ilə məğlub edib.

“Lerik” evdə “Ağdaş”a 0:4 hesabı ilə uduzub. “Sheki City” – “Şəmkir” görüşündə qonaqlar üstün olub – 1:0. “Hypers Guba” isə “Göygöl”ü səfərdə 3:2 hesabı ilə məğlub edib.

Dünən keçirilən görüşlərdə “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olub.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
13 oktyabr

“Şimal” – “Qusar” 4:1
Qollar
: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen.
Baş hakim: Səbuhi Bayramov
Siyəzən şəhər stadionu.

“Lerik” – “Ağdaş” 0:4
Qollar
: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88
Baş hakim: Murad Səlimov
Lənkəran OİK stadionu

“Sheki City” – “Şəmkir” 0:1
Qol
: Akif Tağıyev, 35
Baş hakim: Vüqar Həsənli
Şəki şəhər stadionu

“Göygöl” – “Hypers Guba” 2:3
Qollar
: Ülvi Cəlilov, 37; 56 – Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94-öz qapısına.
Baş hakim: Elvin Bayramov
Göygöl OİK stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button