“Barselona” Fermin Lopeslə bağlı qərar verib

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes rəhbərlikdən yeni müqavilə təklifi ala bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə müqavilə 2029-cu ilin yayına kimi uzadılacaq. Hazırkı müqavilə 2027-ci ilə qədərdir.

21 yaşlı yarımmüdafiəçi 2023-cü ildən əsas komandanın rənglərini qoruyur. O, İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button