“Avropa çempionunun müqaviləsiz qalması normal deyil”
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığma komanda ilə müqaviləsindən danışıb. Onun müqavilə müddəti bu il başa çatacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Avropa çempionunun müqaviləsiz qalmasının normal olmadığını bildirib:
“Avropa çempionunun müqaviləsiz qalması normal deyil. Luis Enrike ilə belə olardı, ya yox, deyə bilmərəm. Mən gənclər komandasında olduğu kimi, eyni şəraitdə çalışıram”.
Daha əvvəl ölkə futbol federasiyasının 63 yaşlı mütəxəssisə 2026-cı ilə qədər olan yeni müqavilə təklif etməyə hazır olduğu bildirilirdi.
İspaniya yığması yayda Almaniyada keçirilən Avropa çempionatının qalibi olub. De La Fuentenin yetirmələri finalda İngiltərə millisinə 2:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin