Flik ondan çox razıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cinah hücumçusu Rafinya Diasın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Rafinyanın lider olduğunu bildirib:

“Rafinya liderdir və o, bizim üçün çox önəmlidir. Mən ondan çox razıyam, bununla belə, o, hələ də inkişaf etməyə davam edə bilər. Kapitan sarğısı onun üçün dəyərlidir”.

Braziliyalı futbolçu bazar günü “Alaves”lə matçda (3:0) kapitan sarğısı ilə meydana daxil olub və Robert Levandovskinin het-trikə imza atmasına kömək edib. O, polşalı forvarda iki məhsuldar ötürmə verib.

Rafinya bu mövsüm bütün turnirlərdə 11 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button