Kroos: “Real”da tez-tez çətinlik çəkirdim”

“Real”in sabiq yarımmüdafiəçisi Toni Kroos klubdakı oyunu, eləcə də komandanın indiki durumundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubunda tez-tez çətinliklər gördüyünü söyləyib:

“Mən komandada olanda insanlar həmişə elə edirdilər ki, sanki biz hər oyunda 4:0 hesabı ilə qalib gəlmişik və bu, doğru deyildi. Bəli, indi işlər yaxşı deyil, amma mənimlə belə, biz həmişə “göydən ulduzları tuta bilmirdik”. Komandada tez-tez çətinlik çəkirdim, biz bunu unuda bilmərik”.

Kroos bu ilin yayında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button