Ferqyusonun “Mançester Yunayted”ə məsləhət gördüyü baş məşqçi

Erik ten Haq yaxın gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi postunu itirə bilər. Niderlandlı mütəxəssisin “kreslo”su “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətdən sonra daha çox titrəməyə başlayıb. Ten Haqın taleyinin “Portu” (Avropa Liqası) və “Aston Villa” (Premyer Liqa) ilə qarşıdakı matçların nəticələrindən asılı olacağı barədə məlumatlar var.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” artıq bir neçə məşqçinin, xüsusilə, Simone İnzaqi və Tomas Tuxelin namizədliyini nəzərdən keçirir. Eyni zamanda, klubun keçmiş baş məşqçisi Aleks Ferqyuson Massimiliano Alleqrinin “qırmızı şeytanlar”a başçılıq etməsini istəyir. Alleqri “Yuventus”dan qovulduqdan sonra – mayın ortalarından işsizdir.

Təqaüdə çıxdıqdan sonra Aleks Ferqyuson 2013-cü ildə Devid Moyesi özünün varisi kimi müəyyənləşdirmişdi. Amma şotlandiyalı mütəxəssis hətta bir tam mövsüm “Mançester Yunayted”də işləməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button