Almaniya mətbuatı Mahir Emrelini tənqid etdi
Almaniya mətbuatı “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın 7-ci turunun “Hannover”lə oyunundakı (0:2) çıxışına münasibət bildirib.
Komanda.az xəbər verir ki, “Kicker” nəşri Emrelinin Almaniya klubundakı durumundan yazıb:
“Komandanın yeni mərkəz hücumçusu, alternativ oyunçu kimi təqdim olunan Mahir Emreli debüt matçında ilk növbədə, fərqlənmədiyi üçün seçildi. Baş məşqçi Miroslav Kloze ondan bir neçə dəfə daha çox iş görməsini istəməli oldu. Beynəlxalq təcrübəyə malik hücumçunun zədə səbəbindən uzun fasilədən sonra qayıtması da önəmlidir. Amma ən azı hücumun dərinliyinə enərək, açılıb, top istəyərək oynaya bilərsiz”.
Emreli həmin matçda 75-ci dəqiqəyə qədər oynamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin