Rəşad Sadıqov rəqibini izləmək üçün Şamaxıya gedib

“Şamaxı” Premyer Liqanın 8-ci turunda doğma meydanda “Turan Tovuz”u qəbul edir.

Komanda.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçı izləyənlər arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var. O, köməkçisi Eltun Yaqublu ilə birlikdə qarşılaşmanı Şamaxı şəhər stadionunda izləyir.

“Zirə” Premyer Liqanın 9-cu turunda “Turan Tovuz”un qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button