Ten Haq: “Premyer Liqa məşqçilərinin heç biri ilə dost deyiləm”
“Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haq İngiltərə Premyer Liqasında çalışan məşqçilərdən hansısa biri ilə dost olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı məşqçi heç kimlə dostluq etmədiyini deyib:
“Yox. Biz sadəcə həmkarıq, dost deyilik. İngiltərə futbolunda məşqçilərin matçlardan sonra görüşməsi həmişə yaxşı ənənə olub. Lakin media qarşısında bütün cari məsuliyyətlərlə bu ənənə getdikcə keçmişə çevrilir”.
Ten Haq 2022-ci ildən “qırmızı şeytanlar”ı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin