Ten Haq oyunların çoxluğundan şikayətləndi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq gərgin oyun təqvimi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı oyunların çox olduğunu bildirib:
“Oyunlar çoxdur, bu, göz qabağındadır. Çoxlu yarışlar var. Ən yaxşı oyunçular çox işləyir, bu da futbol üçün yaxşı deyil. Bu, reklam üçün yaxşı ola bilər, lakin bir məhdudiyyət var. Oyunçuların zədələnməsi qaçılmazdır”.
“Mançester Yunayted” növbəti matçını sentyabrın 25-də keçirəcək. Erik ten Haqın yetirmələri Avropa Liqasının ilk turu çərçivəsində “Tvente”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin