Aleksander-Arnold elə bir müdafiəçi olmaq istəyir ki…

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “qırmızılar”ın baş məşqçisi Arne Slota daha yaxşı futbolçu olmaq istədiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, ona yol göstərəcək bir məşqçiyə sahib olmağın çox gözəl olduğunu söyləyib:

“Arne Slota dedim ki, Avropada heç kimin qarşılaşmaq istəmədiyi müdafiəçi olmaq istəyirəm. Mənə kömək edəcək, yol göstərəcək və necə inkişaf etməyi öyrədəcək bir məşqçiyə sahib olmaq çox gözəldir”.

Aleksander-Arnold 2016-cı ildən “Liverpul”un əsas komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button