Azərbaycanın şahmatçıları Budapeştdə son görüşlərini keçiriblər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son görüşlərini keçirib.

Komanda.az xəbər verir ki, 11-ci turda Braziliya ilə üz-üzə gələn kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı – Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov – Alexander Fier 0,5:0,5
Rauf Məmmədov – Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov – Dieqo Di Berardino 1:0

Qadınlardan ibarət millimiz isə son turda yarışın favoriti Hindistanla üz-üzə gəlib və 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli – Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli – Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya – Gövhər Beydullayeva 1:0
Vantika Aqraval – Xanım Baladjayeva 1:0

Bu qələbədən sonra Hindistan qadınların yarışında 45-ci Ümumdünya Şahmat Olimpiadasını birinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button