“Arsenal” bu gün Premyer Liqada ən yaxşı müdafiəyə sahibdir”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Arsenal”ın müdafiəçiləri Uilyam Saliba və Qabriel cütlüyü haqda fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bu cütlüyün Avropadakı digər mərkəz müdafiəçiləri arasında seçildiyini bildirib:

“Bu cütlük Avropadakı digər mərkəz müdafiəçiləri arasında seçilir. Ardıcıl iki mövsümdür ki, öz səviyyələrini sübut edirlər. Bu uşaqlar bir-birini mükəmməl şəkildə tamamlayır. Mən inanıram ki, “Arsenal” bu gün Premyer Liqada ən yaxşı müdafiəyə sahibdir”.

“Arsenal” İngiltərə çempionatının 4 turundan sonra 10 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mikel Artetanın yetirmələri 5 qol vurub, 1 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button