İngilislər ondan imtina etdi, məcbur qalıb Fransaya üz tutdu

Fransalı yarımmüdafiəçi Adrien Rabyo məcburiyyətdən “Marsel”ə keçəcək. İngiltərədə ona istədiyi pulu ödəməkdən imtina ediblər.

Komanda.az “TeamTalk”-a istinadən xəbər verir ki, Rabyonun anası və agenti Premyer Liqa klublarından futbolçuya həftəlik 260 min avro ödəməyi tələb edib. Belə yüksək qiymət ingilisləri qorxudub.

Antoni Marsial və Rafael Varan məhz yüksək maaş tələblərinə görə “Mançester Yunayted”dən ayrılıb. Rabyo üçün müraciət edənlərin MY ilə yanaşı, “Arsenal” olduğu da bildirilirdi.

29 yaşlı yarımmüdafiəçi “Marsel”ə keçməyə yaxındır. Fransalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Marsel”lə müqavilə imzalayacaq.

“Marsel” ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməyib və bu, komandada kifayət qədər ciddi dəyişikliyə səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button