“Mən həmişə qol vurmayacam” – Vinisius

“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior yığma ilə bağlı hədəfindən danışıb.

Komanda.az “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, o, belə deyib:

“Mən öz potensialımın nə olduğunu çox yaxşı bilirəm. Amma bəzən çətin vaxtlar olur, məqsəd yoxdursa, onda inam yox olur. Mən ölkəm üçün ən yaxşısını etmək istəyirəm. Mən həmişə qol vurmayacam, bu, kənardan göründüyü qədər asan deyil. Azarkeşlərdən üzr istəyirəm, bu, çətin andır”.

DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Braziliya millisi Paraqvaya 0:1 hesabı ilə uduzub. Vinisius son 3 matçda qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button