MY ispaniyalı futbolçunu transfer edə bilər
“Sevilya”nın müdafiəçisi Xuanlu Sançes “Mançester Yunayted”ə keçə bilər.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun xidmətində maraqlıdır.
Sançes 2022-ci ilin yayından “Sevilya”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq. 21 yaşlı müdafiəçi İspaniya çempionatının bu mövsümündə 4 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin