MY yeni transferini açıqlayacaq – Tezliklə

Uruqvaylı yarımmüdafiəçi Manuel Uqartenin “Mançester Yunayted”in oyunçusu olmasına az qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “qırmızı şeytanlar” üçün tibbi müayinədən uğurla keçib. Onun PSJ-dən “Mançester Yunayted”ə transferi ilə bağlı rəsmi açıqlamanı gözləmək qalır.

Uruqvaylı yarımmüdafiəçi parislilərin heyətində cəmi bir il çıxış edib. Onun 45 milyon avro dəyərində olduğu deyilir.

“Mançester Yunayted” Premyer Liqada növbəti matçını sentyabrın 1-də “Liverpul”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button