Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb

“Ginnesin Rekordlar Kitabı” portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekordunu qeydə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun “YouTube” kanalına ilk 24 saat ərzində 19,7 milyon insan abunə olub.

Layihənin fəaliyyətə başlamasından 6 gün sonra onun abunəçilərinin sayı 48 milyon nəfərdir. Ronaldo ilk milyonunu bir saat yarım ərzində qazanmışdı. Daha əvvəl heç kim bunu bacarmayıb.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də – Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. O, ötən mövsüm 35 qolla liqanın bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button