“Portu”nun hücumçusu “Yuventus”a keçəcək
“Portu”nun hücumçusu Fransisko Konseysao “Yuventus”a keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər portuqaliyalı futbolçunu 7 milyon+3 milyon avro bonus qarşılığında icarəyə götürəcək. Müqavilədə satınalma variantı nəzərdə tutulmayıb.
21 yaşlı hücumçu “Portu”nun heyətində 93 oyun keçirib, 11 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin