5 oyunla 5 kubok qazanan futbolçu

Bu yaxınlara kimi braziliyalı hücumçu Neymar milyonların kumiri idi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ burasındadır ki, braziliyalı furbolçunun Səudiyyə Ərəbistanında mükafatlarına nəzər salsaq, bunun gülüşə səbəb olduğunu görərik.

Neymar “Əl-Hilal”da cəmi 5 oyun keçirib və komanda ilə 5 kubok qazanıb! Klub braziliyalının transferini 15 avqust 2023-cü ildə rəsmən elan edib. Bu zaman Neymarın əzələ zədəsi var idi ki, bu da onu sentyabrın əvvəlinə qədər meydanlardan kənarda saxlayacaqdı. Daha sonra o, dəhşətli bir zədə aldı – dizin cırılmış çarpaz bağı.

32 yaşlı forvard 270 gündən çoxdur ki, meydana çıxmır. Lakin bu, Neymarın kuboklar qazanmağına mane olmayıb. O, “Əl-Hilal”da cəmi 5 oyun keçirib və 5 kubok qazanıb: Kral kuboku 2022/23, 2023/24; Premyer Liqa 2023/24; Superkubok 2024, 2024/25.

Kriştano Ronaldo isə “Əl-Nəsr” forması ilə 1 kubok qazana bilib. Portuqaliyalı futbolçu ötən mövsüm çempionatın ən yaxşı oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button