Messi evinə dəyən zərərə görə 50 min avro tələb edir
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi İbizadakı evinə boya tökən ətraf mühit fəallarından 50 min avro tələb edir.
Komanda.az xəbər verir ki, bu barədə “El Espanyol” nəşri məlumat yayıb.
Belə bir aksiyanın keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürən təşkilat 50 min avronu dəyən zərərlə qeyri-mütənasib hesab edir.
Bu ətraf mühit təşkilatının mətbuat katibi Bilbo Bassaterra evi yenidən rəngləməli olsalar belə, işin dəyərinin 50 min avro olmayacağını bildirib.
Məqsədi “iqlim böhranı zamanı zənginlərin məsuliyyəti”nə diqqət çəkmək olan sözügedən tədbir avqustun 6-da baş tutub. İki gün sonra orada iştirak edən üç fəal həbs edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin