“Bəxtimiz gətirmədi” – “Osiyek”in baş məşqçisi

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”yə qarşı keçirdikləri cavab görüşündən sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bunları söyləyib:

“Zirə” çox yaxşı komandadır. Onlar Avropa Liqasından bura gəlmişdilər. Birinci səbəb budur. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib mərhələ keçdi. Çox yaxşı çıxış etdilər.

Beş penaltidən cəmi birini vurduq. Bizim bəxtimiz gətirmədi. Zədəlilərimiz var idi. Transfer pəncərəsində də kifayət qədər oyunçu ala bilmədik. 15-16 oyunçumuz var. Hər bir futbolçuya təşəkkür edirəm. Xüsusilə də, müdafiəçilərimiz yarımmüdafiəçi kimi çıxış etdilər. “Zirə”ni bazar günü izləmişdim. Başqa heyətlə oynamışdılar. Onlarda 6 oyunçu fərqi var idi, bizdə isə eyni heyət idi. Yorğunluğumuz var idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button