Keçmiş futbolçusu Tulada “Neftçi”ni ziyarət etdi FOTO

“Neftçi” bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Tula “Arsenal”ı ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, 1960-cı ildə “Neftçi”in əvəzedici komandasında oynamış Ravil İbadulin Xaliloviç (1938-ci il doğumlu) “ağ-qaralar”ın Tula şəhərində məskunlaşdığı otelə gələrək, veteran futbolçu İsgəndər Cavadov, klubun prezidenti Kamran Quliyev və məşqçi heyəti ilə görüşüb. Azərbaycan dilində səlis danışığı ilə də diqqət çəkən İbadulin, “Neftçi” ilə bağlı xatirələrini bölüşüb, komandaya uğurlar arzulayıb. (premyer.az)

“Arsenal” – “Tula” matçı saat 21.00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button