Dibala illik 25 milyon avro maaş təklifindən imtina edib!
“Roma”nın hücumçusu Paulo Dibala yenidən Səudiyyə Ərəbistanı çempionatına keçməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə “Əl-Qadisiya” argentinalı futbolçunu öz heyətinə qatmaq istəyib. Klub Dibalaya illik 25 milyon avro maaşla 4 illik müqavilə təklif etsə də, forvard “Roma”da qalmağa qərar verib. O, romalılarla birlikdə kubok qazanmaq arzusundadır.
30 yaşlı futbolçunun “Roma” ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır. O, son mövsümdə 39 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin