“Vest Hem” “Mançester Yunayted”in futbolçusu ilə anlaşıb

“Vest Hem” “Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissaka ilə müqavilə imzalamaqda irəliləyiş əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin bu gün müqavilə bağlamağı gözlənilir. Belə ki, London klubu yaxın günlərdə 26 yaşlı futbolçu üçün tibbi müayinə təyin edəcək. O, Xulen Lopeteqinin komandasına qoşulmağa açıqdır və artıq transferə razılıq verib.

“Mançester Yunayted” 2019-cu ilin yayında Van-Bissaka üçün “Kristal Pelas”a 55 milyon avro ödəmişdi. İngiltərəli futbolçu baş məşqçi Erik ten Haq üçün uyğun olmadığından, rəhbərlik onu satmaq qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button