Arteta komandasının yeməyinə cibgirləri dəvət edib
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komanda ilə işində qeyri-ənənəvi üsullardan istifadə edir.
Komanda.az “The Athletik”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bir dəfə cibgirləri komandanın yeməyinə dəvət edib. O, yemək yedikdən sonra futbolçulardan ciblərini yoxlamağı xahiş edib. Məlum olub ki, xeyli oyunçu qiymətli əşyalarını itirib. Nəticədə, Arteta oyunçulara hər zaman ayıq-sayıq olmağı öyrətmək üçün belə bir dərs keçib.
“Arsenal” son İngiltərə çempionatında ikinci pillədə qərarlaşıb. “Topçular” 2024/2025 mövsümünün ilk oyununu avqustun 17-də “Vulverhempton”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin