İngilis futbolçu tibbi müayinədən keçmək üçün Madridə gedib

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher “Atletiko”ya transfer olunmağa yaxınlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün artıq İspaniyanın paytaxtına gedib.

“Atletiko” Qallaher üçün 40 milyon avro təzminat ödəyəcək. Madrid klubu həmçinin Londona yollanan hücumçu Samuel Omorodionun transferi üçün “Çelsi”dən demək olar ki, eyni məbləği alacaq.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ingiltərəli futbolçunu Madridə dəvət etmək üçün çox səy göstərib.

Qallaher ötən mövsüm İngiltərə çempionatında 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button