“İddialı komandalardan biri olacağıq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 1-ci turunun “Zirə” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. İddialı komandalardan biri olacağıq. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı. “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq”.
Bizi Facebook-da izləyin